Yanvar ayı ərzində İraqda terror və zorakılıq aktları nəticəsində 733 nəfər həlak olub

Yanvar ayı ərzində İraqda terror və zorakılıq aktları nəticəsində 733 nəfər həlak olub
# 01 fevral 2014 19:51 (UTC +04:00)

Bakı-APA. BMT-nin İraqdakı Yardım Missiyasının (UNAMI) verdiyi bəyanatda deyilir ki, cari ilin yanvar ayı ərzində İraqda partlayış və hücumlar nəticəsində 733 nəfər həlak olub.

APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, yanvar ayında İraqda terror və zorakılıq aktları zamanı 618 mülki şəxs, 155 nəfər təhlükəsizlik xidməti əməkdaşı həlak olub və 1229 nəfər isə yaralanıb.

Ötən ilin dekabr ayının sonlarında İraqın Ənbər vilayətində baş vermiş zorakılıq aktları zamanı həlak olanlar UNAMİ-nin bəyanatında istisna olunur.

"Mən minlərlə köçkün ailələrin, xüsusilə Fəllucədə yaşayan insanların humanitar vəziyyəti ilə bağlı dərin narahatlıq hissi keçirirəm. Onlar su, yanacaq, ərzaq, dərman və həyat üçün vacib olan digər məhsulların çatışmazlığından əziyyət çəkirlər", deyə BMT nümayəndəsi Nikolay Mladenov bəyanatda bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR