Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi son bir ildə 9%-i ötüb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi son bir ildə 9%-i ötüb
# 28 sentyabr 2013 08:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-avqust aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünün səviyyəsini 9,4% üstələyərək 12,2 mlrd. manat olub.

Əmtəələrin 12,2%-i hüquqi şəxslərin, 87,8%-i fiziki şəxslərin pərakəndə ticarət subyektlərində satılıb. Hesabat dövründə bazar və yarmarkalarda əmtəə satışının həcmi 4,7 mlrd. manat olmaqla, ümumi satışın 38,1%-nə bərabər olub.

Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 86,9%-i hüquqi və fiziki şəxslərə məxsus ticarət subyektlərinin, 13,1%-i yarmarka və bazarların fəaliyyəti sayəsində yaranıb”, deyə Komitənin məlumatında bildirib.

Qeyd edək ki, 2013-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 164,0 manatlıq və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 14,7 manat çox əmtəə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR