UNESCO-nun baş direktoru İrana səfər edəcək

UNESCO-nun baş direktoru İrana səfər edəcək
# 24 aprel 2014 08:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. UNESCO-nun baş direktoru İrina Bokova aprelin 25-də İrana səfər edəcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfər İranın elm, tədqiqat və texnologiya naziri Rza Fərəcidananın dəvəti əsasında baş tutacaq.

İ. Bokova İrana beşgünlük səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə görüşlər keçirəcək, İsfahan və Şiraz şəhərlərini ziyarət edəcək.

UNESCO-nun baş direktorunu 6 nəfərlik nümayəndə heyəti müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR