Suraxanıda 800 kv.m sahəsi olan ferma cücələr ilə birlikdə tamamilə yanıb

Suraxanıda 800 kv.m sahəsi olan ferma cücələr ilə birlikdə tamamilə yanıb
# 29 aprel 2014 20:55 (UTC +04:00)

Bakı-APA. Bakının Suraxanı rayonunda axşam saatlarında yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan cücə sexində baş verib. Nəticədə sexin taxta konstruksiyalardan ibarət dam örtüyü 760 kv.m sahədə, içərisində olan avadanlıqlar yanıb, sexin içərisində sayı məlum olmayan 10 günlük cücələr tələf olub. Sexin qalan hissəsi və yaxınlıqda olan digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR