BMT-nin Azərbaycandakı Nümayəndəliyi Nelson Mandelanı anmaq üçün BMT bayrağını endirib - FOTO

BMT-nin Azərbaycandakı Nümayəndəliyi Nelson Mandelanı anmaq üçün BMT bayrağını endirib - <span style="color: red;">FOTO
# 13 dekabr 2013 12:02 (UTC +04:00)

Bu barədə APA-ya BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən məlumat verilib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasının lideri, sabiq prezident Nelson Mandela cari ilin iyun ayında kəskin ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Noyabrda CAR hökuməti onun səhhətinin stabil kritik vəziyyətdə olduğunu təsdiqləyib. N. Mandela dekabrın 5-də dünyasını dəyişib. Hazırda onunla vida mərasimləri davam edir. CAR lideri dekabrın 15-də dəfn olunacaq.

N. Mandela CAR tarixində ilk qaradərili prezident olub. O, 1994-cü ilin may ayından 1999-cu ilin iyununadək ölkəni idarə edib. Aparteid rejiminə qarşı fəal mübarizə apardığına görə ömrünün 27 ilini həbsxanada keçirib. 1993-cü ildə N. Mandela Nobel sülh mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR