Azərbaycan prezidenti İsrailin yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan prezidenti İsrailin yeni seçilmiş prezidentini təbrik edib
# 13 iyun 2014 13:33 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab Rivlin, İsrail dövlətinin prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR