Satınalmalar üzrə Dövlət Agentliyi üçün müəyyənləşdirilmiş xidməti minik avtomobillərinin limiti artırılıb

Satınalmalar üzrə Dövlət Agentliyi üçün müəyyənləşdirilmiş xidməti minik avtomobillərinin limiti artırılıb
# 06 iyun 2014 07:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişiklik Satınalmalar üzrə Dövlət Agentliyi üçün müəyyənləşdirilmiş xidməti minik avtomobillərinin say həddi (limiti) ilə bağlıdır.

Dəyişikliyə əsasən, Satınalmalar üzrə Dövlət Agentliyi üçün xidməti minik avtomobillərinin say həddi 2 ədəddən 3 ədədə qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR