Azərbaycanda daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayı 3,3 dəfə artıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayı 3,3 dəfə artıb
# 03 aprel 2014 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cari ilin mart ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 24 562, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 339, sərnişinlərin fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1 536 121 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 25 320 manat, sərnişinlərin fərdi qəza sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 222 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 3,3 dəfə artım, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 1,5 dəfə artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta müqavilələrinin 90,8%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 9%-i digər daşınmaz əmlakla bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR