Şamaxıda iki nəfər naməlum şəraitdə bıçaqlanıb

Şamaxıda iki nəfər naməlum şəraitdə bıçaqlanıb
# 07 may 2014 07:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, hadisə gecə saat 3 radələrində Şamaxı şəhərinin Şirvan küçəsində qeydə alınıb.

Şamaxı şəhər sakinləri - 1974-cü il təvəllüdlü Xıdırov İsmayıl Tarix oğlu və onun həmyaşıdı olan qonşusu Məcidov Şafiq Məcid oğlu döş qəfəsini deşib keçən bıçaq yarası, qara ciyər, ağ ciyər xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində yerləşdiriliblər.

Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Məlumata görə, hadisə iki nəfər tərəfindən törədilib. Hazırda faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

İlkin məlumatlara görə, İ. Xıdırov və Ş. Məcidovu bıçaqlayan şəxslər onların qonşularıdır.

Hadisəni törədən hər iki şəxsin vəhhabilik cərəyanına aid olduqları bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR