Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib - FOTOSESSİYA

Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTOSESSİYA
# 05 mart 2014 12:16 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Martın 5-də ədliyyə naziri Fikrət Məmmədov Şamaxı rayon Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib. APA-nın məlumatına görə, qəbul zamanı nazir Fikrət Məmmədov ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini nəzərdən keçirib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün dərhal nazirliyin aidiyyəti üzrə məsul işçilərinə tapşırıqlar verib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər də dinlənilib, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR