Məlumata görə, cinayəti törədən Zaqatala şəhəri, Dağıstan küçəsi, ev 14-də yaşayan Camalov Ceyhun Camal oğludur.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, polis kapitanı Anar Zeynalova bıçaq xəsarətləri yetirən Camalov Ceyhun Camal oğlu hadisə yerindən qaçıb. Hazırda Camalovun istintaqa cəlb edilməsi istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb.
**** 20.24
Zaqatalada polis əməkdaşı bıçaqlanıb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, axşam saat 19:35 radələrində Anar Zeynalov boğaz və kürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Zaqatala rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ əməkdaşıdır, kapitan rütbəsində sahə müvəkkilidir.
Hadisənin təfərrüatları hələlik məlum deyil.