Gəncədə 11-ci sinif şagirdi bıçaqlanıb

Gəncədə 11-ci sinif şagirdi bıçaqlanıb
# 02 aprel 2014 10:48 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncədə Gülüstan qəsəbəsində yaşayan Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü, Səxavət Cəmil oğlu Məmmədov sağ sarğı nahiyəsini kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. İlkin araşdırma zamanı S. Məmmədov istintaqa bildirib ki, yaşadığı Gülüstan qəsəbəsində 12 saylı orta məktəbin arxasında dalaşan iki nəfəri sakitləşdirmək istəyərkən onlardan biri əlindəki bıçaq ilə ona xəsarət yetirib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma gedir. Xuliqanlıq edən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR