Azərbaycanda dekabr pensiyalarının maliyyələşməsi başa çatıb

Azərbaycanda dekabr pensiyalarının maliyyələşməsi başa çatıb
# 20 dekabr 2013 08:56 (UTC +04:00)

DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün Fondun mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabrın 20-də yekunlaşıb. «Qarşıdan gələn 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramına qədər bütün pensiyaçılar öz pensiyalarını ala biləcəklər», - deyə DSMF-nin rəsmi məlumatında bildirilir.

«Fonda daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ümumilikdə, başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub», - deyə həmin məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR