İran XİN rəhbəri: “Novruz Bayramı İran, Azərbaycan və Türkiyənin ortaq mədəni mirasıdır”

İran XİN rəhbəri: “Novruz Bayramı İran, Azərbaycan və Türkiyənin ortaq mədəni mirasıdır”
# 15 mart 2014 08:22 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

M. C. Zərif İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin martın 14-də Van şəhərində baş tutan üçtərəfli görüşü barədə də danışıb: “Görüş gözəl keçdi. Biz çox qiymətli görüş keçirdik, məsləhətləşmələr apardıq. Toplantının Van şəhərində keçirilməsi Türkiyə və İran sərhədləri arasındakı məsafəni 280 kilometrə endirdi və yığıncağın İrana bu qədər yaxın yerdə baş tutmasından məmnunam”.

M.C.Zərif deyib ki, toplantıda 2014-2016-cı illəri əhatə edən üçillik Fəaliyyət Planı qəbul olunub: “Ümidvaram ki, bu planı həyata keçirmək, nəticəyə nail olmaq, müxtəlif sahələrdə fəaliyyətə çevirmək və hər üç ölkəni bir-birinə bağlayan sahələri inkişaf etdirmək həm xalqlarımızın faydasına olar, həm də bölgədəki sülhün və sabitliyin təmin edilməsinə, iqtisadi mənada da bölgənin inkişafına yardımçı olar. Yığıncaqda enerji, nəqliyyat, turizm və mədəniyyət mövzuları daxil olmaqla müxtəlif mövzularla bağlı fikir mübadiləsi aparılıb. Bunlar həqiqətən bizim çox əhəmiyyət verdiyimiz mövzulardır və üç il içərisində Fəaliyyət Planı çərçivəsində bunları tamamilə həyata keçirəcəyik. Növbəti toplantının İranda keçirilməsinin qərara alınması həm mənim, həm də ölkəm üçün qürurvericidir”.

Nazir Türkiyə-İran əlaqələrinə də toxunub: “Mən altı ay əvvəl İran xarici işlər naziri təyin olunmuşam. Bu müddət içərisində 8 dəfə Əhməd Davudoğlu ilə görüşmüşəm. Bu da iki ölkə arasında əlaqələrimin nə qədər yaxşı olduğunu göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR