Hacıqabulda kafedə silahlı insident olub - VİDEO

Hacıqabulda kafedə silahlı insident olub - <span style="color: red;">VİDEO
# 29 may 2014 10:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Hacıqabul rayonunda silahlı insident olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 29-da Hacıqabul rayonunun Nəvahi qəsəbəsinin ərazisində yerləşən “Nur” kafesində qeydə alınıb. Qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib.

İ.Soltanov könüllü olaraq Hacıqabul Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəngi təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR