Azərbaycan baş nazirinin müavini: “Qərb dövlətləri dünyanın sərhədlərini dəyişmək, istədikləri kimi istismar etmək istəyir”

Azərbaycan baş nazirinin müavini: “Qərb dövlətləri dünyanın sərhədlərini dəyişmək, istədikləri kimi istismar etmək istəyir”
# 20 iyun 2014 07:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimində çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Onun sözlərinə görə, Moldova ombudsmanı Aureliya Qriqoriu Ermənistanda çıxış edərkən onları Xocalı soyqırımını törətməkdə ittiham edib: “O xanım bizim bir çox kişilərdən cəsarətli olub. Bizim Ermənistana gedən kişilərimiz də belə çıxış etməyib”.

Ə.Həsənov insan hüquqlarının qorunmasından danışan Avropa Şurası və digər strukturları Moldova ombudsmanından nümunə götürməyə çağırıb: “Ərəb ölkələrində, Suriyada baş verən proseslər nəticəsində son dövrlər 6 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Qərb ölkələri nə edirlər? İraqda, Əfqanıstanda nə etdilər? Bu gün baş verənləri görürük, Ukrayna da göz qabağındadır. Qərb dövlətləri dünyanın sərhədlərini dəyişmək, istədikləri kimi istismar etmək istəyirlər. Nəticədə də bu problemlər ortaya çıxır”.

Ə.Həsənov deyib ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xalqı və prezidentindən asılı olacaq: “Əsas yol Azərbaycan iqtisadiyyatı və ordunun gücləndirilməsidir. Azərbaycan prezidenti də bu yolu seçib. Digər yol isə erməni xalqının artıq oyanması və cinayətkar rejimi dəyişməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR