Azərbaycan sahibkarları Özbəkistanda keçiriləcək beynəlxalq tikinti sərgisinə dəvət olunub

Azərbaycan sahibkarları Özbəkistanda keçiriləcək beynəlxalq tikinti sərgisinə dəvət olunub
# 28 dekabr 2013 13:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Fevralın 25-28-də Daşkənddə (Özbəkistan) «UzBuild-2014» XV beynəlxalq tikinti sərgisi keçiriləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirlə bağlı sərginin əsas təşkilatçısı olan «ITE Uzbekistan» beynəlxalq sərgi şirkəti Komitəyə müraciət edib.

Bundan başqa, həmin tarixlərdə III «Aqua-Therm Tashkent» sərgisi də keçiriləcək. Bu sərgi kondisiyalaşdırma, iqlim avadanlığı və su təminatı bazarının bütün əsas sektorlarını əhatə edir.

Bu sahədə marağı olan və sərgidə iştirak etmək istəyən şəxslər www.uzbuild.uzwww.aquatherm-tashkent.uz internet saytlarından daha ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, 2013-cü ildə keçirilən eyni adlı sərgidə 24 ölkədən 151 şirkət iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR