“El” Hərəkatı Müsavat Partiyasının əməkdaşlıq təklifinə “yox” deyəcək

“El” Hərəkatı Müsavat Partiyasının əməkdaşlıq təklifinə “yox” deyəcək
# 21 yanvar 2014 10:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu həftə “El” Hərəkatının İdarə Heyəti Müsavat Partiyasının iki qurum arasında əməkdaşlıq sazişi imzalanması təklifi ilə bağlı qərar qəbul edəcək.

Bunu “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev APA-ya açıqlamasında söyləyib.

E.Quliyev Müsavat Partiyasının əməkdaşlıq sazişinin imzalanması ilə bağlı təklifinə ötən dövr ərzində cavab verilməməsinin obyektiv səbəbdən qaynaqlandığını bildirib: “İdarə Heyətinin bundan əvvəlki iclaslarında Müsavat Partiyasının əməkdaşlıq sazişi ilə bağlı təklifinə nə hə, nə də yox deyildi. Sadəcə, nəticə səbəbi qabaqladı. Çünki bu məsələni müzakirə etdiyimiz ərəfədə Müsavat Partiyası Milli Şuradan getdi, kifayət qədər qarmaqarışıqlıq yarandı. Biz “El” Hərəkatı olaraq Milli Şurada təmsilçiliyimizi müəyyən etdik. Ona görə də Müsavat Partiyasının əməkdaşlıq təklifi ikinci plana, sonra da ikinci plandan üçüncü plana keçdi. “El” Hərəkatının İdarə Heyəti bu həftə keçirilən toplantısında bu təkliflə bağlı son qərarını verəcək. Hər halda “El” Hərəkatının Müsavat Partiyasının təklifinə cavabı “hə” olmayacaq, “yox”-a yaxın olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR