Rusiya ilə Avropa Birliyi arasında sadələşdirilmiş viza rejiminə dair sazişin imzalanması təxirə salınıb

Rusiya ilə Avropa Birliyi arasında sadələşdirilmiş viza rejiminə dair sazişin imzalanması təxirə salınıb
# 17 yanvar 2014 12:49 (UTC +04:00)

Bakı – APA. Rusiya ilə Avropa Birliyi arasında sadələşdirilmiş viza rejiminə dair sazişin imzalanması təxirə salınıb.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya ədliyyə naziri Aleksandr Konovalov jurnalistlərə açıqlamasında bildirib ki, yanvarın sonunda imzalanması planlaşdırılan sənədlə bağlı müəyyən çətinliklər yaranıb. Onun sözlərinə görə, bu çətinliklər vizaların verilməsi qaydaları ilə bağlıdır.

A. Konovalov ümid edib ki, sazişi ilin sonunadək imzalamaq mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR