Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 3 azyaşlı uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 3 azyaşlı uşaq xilas olunub
# 10 aprel 2014 22:46 (UTC +04:00)

Bakı-APA. Bakının Nizami rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR