İranda 6 nəfər edam edilib

İranda 6 nəfər edam edilib
# 10 oktyabr 2013 11:25 (UTC +04:00)

APA-nın məlumatına görə, onlardan ikisi Fars və Gilan vilayətlərində əhalinin gözü qarşısında, ikisi Xuzistan, ikisi isə Gilan vilayətlərində həbsxana daxilində asılıblar.

Silahlı soyğunda günahlandırılan 21 yaşlı gənc oktyabrın 9-da səhər saatlarında Fars vilayətinin Qədir Fəsa şəhərinin meydanlarının birində edam edilib. Narkotik maddələrin qaçaqmalçılığında ittiham olunan digər məhbus isə oktyabrın 3-də səhər saatlarında Gilan vilayətinin Rəşt şəhərinin meydanlarından birində dara çəkilib.

Oktyabrın 8-də səhər saatlarında Xuzistan vilayətinin mərkəzi Əhvaz şəhərinin Karun həbsxanasında, oktyabrın 3-də Rəşt şəhərinin həbsxanasında 4 nəfər narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə edam edilib.

Məhbusların ad və soyadları açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR