Böyük Britaniya səfiri Naxçıvana gedəcək

Böyük Britaniya səfiri Naxçıvana gedəcək
# 28 noyabr 2013 08:15 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq Naxçıvan Muxtar Respublikasına gedəcək. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu gün gerçəkləşəcək səfər iki gün davam edəcək.

Səfər çərçivəsində diplomat Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov və universitet tələbələri ilə bir araya gələcək. Səfirin daha bir neçə rəsmi görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, bu, İrfan Sıddıqın Azərbaycana səfir vəzifəsinə təyin olunduqdan sonra bölgələrə ilk rəsmi səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR