Bakıda polis maşınını vuran sürücü hadisə yerindən qaçıb

Bakıda polis maşınını vuran sürücü hadisə yerindən qaçıb
# 03 iyun 2014 09:42 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Yusif Məmmədəliyev küçəsi, 169 ünvanının qarşısında qeydə alınıb.

“Qafqaz Lizinq” şirkətinə məxsus “Prado” markalı avtomobil Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Vüsal Rafiq oğlu Şirəliyevin idarə etdiyi “Doblo” markalı xidməti avtomobilə çırpılıb. Qəza nəticəsində “Prado” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Hazırda polis yol qəzası törədən şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR