Azərbaycanlı iş adamları İraqda yol və körpü tikintisində iştirak etmək üçün dəvət alıb

Azərbaycanlı iş adamları İraqda yol və körpü tikintisində iştirak etmək üçün dəvət alıb
# 10 iyun 2014 09:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanlı iş adamları İraqda yol və körpü tikintisində iştirak edə bilər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə veriln məlumata görə, İraqın Şəhərsalma və Tikinti Nazirliyinin yollar və körpülər baş idarəsi tərəfindən Almanar rayonunda Al-Hammar Dəmir Körpüsü texniki xidməti üzrə beynəlxalq tender elan olunub.

İraqın Azərbaycandakı səfirliyi azərbaycanlı iş adamlarını tenderdə iştirak etməyə dəvət edir. Tender haqqında ətraflı məlumat əldə etmək və tenderdə iştirak etməyən istəyənlər İraq səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR