Bakıda 1-i polis maşını olmaqla, 4 avtomobil yanıb - VİDEO

Bakıda 1-i polis maşını olmaqla, 4 avtomobil yanıb - <span style="color: red;">VİDEO
# 04 iyun 2014 10:49 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda avtomobil dayanacağında dayanmış "Fiat" markalı minik avtomobilinin yanar hissələri, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və 2 ədəd arxa təkəri, "KİA" markalı minik avtomobilinin 2 ədəd sağ qapısı və "Mercedes" markalı minik avtomobilinin sağ tərəfi qarsalanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya bildirilib ki, yanğının başladığı 90-HP-976 dövlət nömrə nişanlı, “Fiat” markalı avtomobil Səbail Raton Polis İdarəsinə məxsus Post-Patrul Xidməti maşını olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR