Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır

Bakının mərkəzi küçələrindən biri təmirə bağlanır
# 06 iyun 2014 12:04 (UTC +04:00)

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, bu gecə saat 00:00-dan etibarən paytaxtın Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinədək yol bağlanacaq. Buna səbəb yolda yeni asfalt-beton örtüyünün salınmasıdır.

P. Mürsəliyev sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR