Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas olunub

Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas olunub
# 09 iyun 2014 19:17 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR