Azərbaycanla Bolqarıstan aqrar sahədə memorandum imzalayacaq

Azərbaycanla Bolqarıstan aqrar sahədə memorandum imzalayacaq
# 26 may 2014 07:27 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan və Bolqarıstan aqrar sahədə əməkdaşlıqla bağlı memorandum imzalamaq niyyətindədir.

APA-Economics”in məlumatına görə, bu barədə Bolqarıstan mətbuatı bu ölkənin Əkinçilik Nazirliyinə istinadən xəbər yayıb.

Memorandum Bolqarıstanın əkinçilik naziri Dimitro Qrekovla Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda baş tutan görüşü zamanı razılaşdırılıb.

Sənədə əsasən, tərəflər aqrar, həmçinin heyvandarlıq və bitkiçilik sahələrində əməkdaşlığı genişləndirməyi, o cümlədən təcrübə mübadiləsini həyata keçirməyi nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR