Putin dünya ölkələrini iqtisadi problemləri birgə həll etməyə çağırıb

Putin dünya ölkələrini iqtisadi problemləri birgə həll etməyə çağırıb
# 20 iyun 2013 23:43 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin dünya dövlətlərini özlərinə qapılmamağa əv dünya iqtisadiyyatının problemlərini birgə həll etməyə çağırıb.

«Bizim xarici borcumuz 2,5%-dir… Ümumilikdə Rusiya iqtisadiyyatı pis nəticələr göstərmir, lakin yenə də də bu günkü vəziyyət bizi çox narahat edir», deyə Putin bildirib.

O qeyd edib ki, yalnız ümumi səylərlə səmərəli inkişaf yolunu tapmaq olar. «Əlbəttə, qarşımızda olan problemlərin çətinliyindən özümüzə qapılsaq, çətin olacaq. Bundan qaçmaq çox çətindir, lakin yalnız dövlət və biznesin birgə səylərilə biz bu problemi həll edə bilərik», deyə Putin bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR