İmişlidə 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - VİDEO

İmişlidə 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - <span style="color: red;">VİDEO
# 24 iyun 2014 23:36 (UTC +04:00)

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza ötən gün İmişli-Qaravəllli avtomobil yolunun 1-ci kilometrliyində Qaralar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İmişli rayonu Məmmədli kənd sakini Bayramov Hikmət idarə etdiyi VAZ 2106 markalı 10 XN 673 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dörd yol ayrıcında olan dairəvi beton maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin İsmayılov Şahmar aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Sürücü və avtomobildə olan digər sərnişinlər Hüseynov Ramin və Qəmbərov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR