Ukraynanın hökumət qüvvələri Kramatorsk yaxınlığında terrorçulara qarşı əməliyyatın yekun mərhələsinə başlayıb

Ukraynanın hökumət qüvvələri Kramatorsk yaxınlığında terrorçulara qarşı əməliyyatın yekun mərhələsinə başlayıb
# 15 may 2014 09:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk özünün “Facebook” səhifəsində yazıb.

Onun bildirdiyinə görə, hazırda hökumət qüvvələri Kramatorskdan 30 km aralıda yerləşən Starovarvarovka yaşayış məntəqəsində gizlənən terrorçuları mühasirəyə alıb.

Əməliyyata rəhbərlik edən zabitlər terrorçuların zərərsizləşdirilməsi zamanı dinc sakinlər arasında itkilərin olacağından ehtiyat edirlər.

Tımçukun yazdığına görə, ukraynalı hərbçilər arasında ölən olmasa da, yaralılar var. Qarşı tərəfdən isə bir neçə nəfərin öldürüldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR