Sabirabadda 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Sabirabadda 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
# 14 aprel 2014 08:27 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən axşam rayonun Dadaşbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyev Xanqulu Ağəli oğlu vanna otağında elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün bu gün Şirvan şəhər məhkəmə-tibbi ekspertizasına aparılıb.

Məlumata görə, mərhum bacısı oğlunun bu gün keçiriləcək toyuna getmək üçün hazırlaşırmış.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR