APA-nın məlumatına görə, o bunu belə izah edib ki, Azərbaycan Fransa nümayəndə heyətinin üzvlərindən Guy Teissierə ATƏT PA-nın sessiyasında iştirak üçün viza verməkdən imtina edib, buna etiraz olaraq həmin həmkarının yerinə səs vermək istəyir.
A. Neri deyib ki, həmkarı G. Teissier əvvəllər informasiya missiyası çərçivəsində Dağlıq Qarabağa səfər etdiyinə görə, onun Bakıya gəlməsi üçün viza verilməyib. O bunu hüquq pozuntusu kimi qiymətləndirib.
Buna cavab olaraq isə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycan Ermənistan tərəfindən işğal olunan bu ərazilərə səfər etməyi dövlət sərhədləri haqqında qanunun pozulması kimi dəyərləndirir.
B. Muradova deyib ki, Dağlıq Qarabağa səfər etmək üçün Azərbaycan dövlətindən icazə alınmalıdır. Əks halda həmin şəxslər Azərbaycan üçün arzuolunmaz şəxslər hesab olunacaq.
Fransız deputatın həmkarının yerinə verdiyi səs saxta sayılaraq qeydə alınmayıb.
ATƏT PA komitəsinin iclasında fransalı deputat Bakıya gəlməmiş həmkarının yerinə səs verməyə cəhd edib - VİDEO
29 iyun 2014 08:33 (UTC +04:00)
Xarici siyasət
Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO
17:42
3 may 2024
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024