Reper Hüseyn Dərya Bakıda dəfn olunub - FOTOSESSİYA - VİDEO

Reper Hüseyn Dərya Bakıda dəfn olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 mart 2014 11:35 (UTC +04:00)

Bakı. İlahə Vəliyeva-APA. Martın 15-də dünyasını dəyişmiş tanınmış reper Hüseyn Dərya bu gün torpağa tapşırılıb.

APA-nın xəbərinə görə, H. Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Onunla vida mərasimi Yasamalda H. Dəryanın bacısının evində keçirilib. Vida mərasiminə H. Dəryanın yaxınları, ailə üzvləri ilə yanaşı sənət dostları və həmkarları da qatılıb. H. Dərya ilə uzun illər aralarında münaqişə olan Anar Nağılbaz da mərasimə qatılıb.

Qeyd edək ki, H. Dərya bu il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb.

Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında o dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR