Təhsil Nazirliyi məktəblilərin təhsildən yayınma halları ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyi məktəblilərin təhsildən yayınma halları ilə bağlı məlumat yayıb
# 09 may 2014 11:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi məktəblilərin təhsildən yayınma hallarına münasibət bildirib. Nazirlikdən APA-ya verilən xəbərə görə, şagirdlərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinqlər davamlı olaraq yerli təhsil orqanları tərəfindən aparılır. İcra nümayəndəlikləri, müvafiq hüquq-mühafizə təşkilatları da təhsildən yayınmanın qarşısının alınmasında iştirak edirlər. Təhsil Nazirliyinin nümayəndələri yerlərdə olarkən həmin məsələ ilə yaxından maraqlanır, seçmə yolla araşdırmalar aparırlar.

Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maariflləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda aidiyyəti təşkilatların köməyinə müraciət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR