Həsən Ruhani: “Kütləvi qırğın silahları tamamilə məhv edilməlidir” - FOTO

Həsən Ruhani: “Kütləvi qırğın silahları tamamilə məhv edilməlidir” - <span style="color: red;">FOTO
# 21 may 2014 13:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın nüvə proqramı ilə bağlı Qərb ölkələri arasında aparılan müzakirələr “qələbədən-qələbəyə” prinsipi, artıq tələb irəli sürülmədən və təhdiddən uzaq bir şəraitdə yekun razılaşmanın əldə olunması ilə nəticələnə bilər.

APA-nın İran prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Həsən Ruhani mayın 20-22-də Şanxay şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) dövlət başçılarının dördüncü zirvə toplantısında çıxışı zamanı bildirib.

O deyib ki, İran müdafiə doktrinası, əxlaqi və dini əsaslara görə nüvə silahlarının istehsalına qarşıdır, lakin dincməqsədli nüvə enerjisindən istifadəni özünün və bütün ölkələrin haqqı hesab edir. Kütləvi qırğın silahlarının dünyadakı sülhə və təhlükəsizliyə qarşı təhlükəsinin aradan qaldırılması üçün CİCA üzvlərinin birgə addım atmaları və əməkdaşlığı vacibdir. Bu silahların təhdidinin aradan qaldırılmasının yeganə yolu onların tam şəkildə məhv edilmələridir”.

Qeyd edək ki, İran prezidenti mayın 20-də Çinə ikigünlük səfərə yola düşüb. H.Ruhani Çin Xalq Respublikasının prezidenti tərəfindən mayın 20-22-də Şanxay şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) dövlət başçılarının dördüncü zirvə toplantısına qatılması məqsədilə bu ölkəyə səfərə dəvət edilib. İran prezidenti səfər çərçivəsində sammitdə çıxış edib, Rusiya, Şri-Lanka və Qazaxıstan prezidentləri, həmçinin BMT baş katibi ilə görüşüb, eyni zamanda Çinin SSTV telekanalına müsahibə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR