Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video görüntüləri yayılıb - VİDEO

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video görüntüləri yayılıb - <span style="color: red;">VİDEO
# 15 mart 2014 14:58 (UTC +04:00)

APA-nın “İraq Şam Dövləti” silahlı qruplaşmasına məxsus saytlardan əldə etdiyi həmin video görüntülərdə iki azərbaycanlı döyüşçünün Suriyanın Raqqa şəhəri küçələrində avtomobildə gəzinti səhnəsi əks olunub. Həmin görüntülərdə Raqqa şəhərinin mücahidlərin əlində olduğu və binaların üstündə qara rəngli “İslam Bayrağı”nın dalğalandığı görünür.

Yayılan görüntülərdə danışan azərbaycanlı döyüşçü Raqqa şəhərində İraq Şam Dövlətinin elan olunduğunu bildirir: “Nəhayət ki, Raqqa şəhərində qara bayrağımız dalğalandı. Allaha şükürlər olsun ki, bu şəhərdə İraq şam Dövləti elan olundu. Axır ki biz bu günləri də gördük” deyə azərbaycanlı döyüşçü bildirir.

APA həmin video görüntüləri təqdim edir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR