“Beynəlxalq Sığorta Şirkəti” nizamnamə kapitalını artırır

“Beynəlxalq Sığorta Şirkəti” nizamnamə kapitalını artırır
# 23 aprel 2014 09:03 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 000 manat, sayı 600 ədəd, emissiyanın ümumi həcmi isə 6 mln. manat təşkil edir.

Səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yaxın vaxtlarda başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra, şirkətin nizamnamə kapitalı 68,2% artaraq 14,8 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR