«PAŞA Həyat Sığorta» istehsalatda xəsarət almış şəxsə 85 min manat həcmində sığorta ödənişi edib

«PAŞA Həyat Sığorta» istehsalatda xəsarət almış şəxsə 85 min manat həcmində sığorta ödənişi edib
# 05 fevral 2014 08:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş verib. Belə ki, «PAŞA Həyat Sığorta»da sığortalanan müəssisənin işçisi istehsalat zamanı bədbəxt hadisə nəticəsində ciddi xəsarət alaraq peşə əmək qabiliyyətinin 80%-ni müddətsiz itirib və həmin şəxsə II qrup əlillik dərəcəsi təyin edilib.

Zərərçəkmişlə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası»nın müvafiq bəndi tətbiq edilməklə 85 039 manat həcmində birdəfəlik sığorta ödənişi sığorta olunanın bank hesabına köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR