Qax rayonunda evdə yanğın olub - VİDEO

Qax rayonunda evdə yanğın olub - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 12:28 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın Qax şəhəri İmam Mustafayev küçəsində, İlyasov İzzət Tahir oğluna məxsus ümumi sahəsi 340 kv/m olan, ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə FHN-in Qax rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində İzzət İlyasova məxsus evin 170 kvadratmetrlik çardaq hissəsindən 30 kv/m sahəsində yanar konstruksiyalar yanaraq yararsız hala düşüb. Qax rayon DYMH-nin əməkdaşlarının səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən evdə heç kimin yaşamadığı bildirilib. Ev sahibi İzzət İlyasov ailəsi ilə birlikdə müvəqqəti Türkiyədə yaşayır. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR