Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Astarada əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Astarada əməliyyat keçirib
# 21 yanvar 2014 10:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Astara rayonunda əməliyyat keçirib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Pensər kəndində kənd sakini Fariz Nəsirova məxsus aptekdə psixotrop maddələr qrupuna aid olan 8 ampula “Sibazon”, 34 ampula “Diazepam”, 10 həb “Alprozolam”, 170 paket “Kalsiypermanqanat”, 5 ampula “Krka”, 5 flakon “Tropin”, 800 həb “T-dol”, 100 həb “Azaleptin”, 25 həb “Tezertsin”, 130 həb “Aminazin”, 30 həb “Qluferal”, 40 həb “Etambutol”, 200 həb “İzoneazid”, 110 həb “Pirazenamid”, 40 həb “Gilbotex”, 150 həb “Dimenhidrinate”, 190 həb və 10 ampula “Qaloperidol” aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR