Yeni Yaşma bağlarında kişi meyiti tapılıb

Yeni Yaşma bağlarında kişi meyiti tapılıb
# 15 oktyabr 2013 10:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Azərbaycanda 45 yaşlı kişi döyülərək qətlə yetirilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Yaşma bağlar sahəsində qeydə alınıb. Bağ evində 1968-ci il təvəllüdlü Siyavuş Nəbiyevin meyiti tapılıb. Meyitin ilkin müayinəsi zamanı onun döyülərək öldürülməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 1947-ci il təvəllüdlü Bəndalı Qarayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR