Zaqatalada folklor bayramı keçirilib

Zaqatalada folklor bayramı keçirilib
# 13 oktyabr 2013 07:31 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov – APA. Mədəniyyət və Turizm nazirliyi təşəbbüsü və Zaqatala Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Zaqatalada “Xala sənəti, El təranələri” Ümumrespublika Xalq Yaradıcılığı bayramı keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bayram tədbirində Masallıdan, Şamaxıdan, Balakəndən, Şəki və Qaxdan, eləcə də Zaqatala rayonunun kənd və qəsəbələrindən folklor qrupları iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, 2013-cü ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Zaqatala Azərbaycanın Folklor Paytaxtı elan olunub.

Qeyd edək ki, bayram tədbirində müğənnilərdən Könül Kərimova, Vasif Məhərrəmli, Gülüstan Əliyeva, Sevda Yəhyayeva və digər müğənnilər də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR