Ərdoğan Rusiyaya rəsmi səfər edəcək

Ərdoğan Rusiyaya rəsmi səfər edəcək
# 15 noyabr 2013 11:45 (UTC +04:00)

Bakı - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan noyabrın 21-də Rusiyaya rəsmi səfər edəcək. APA-nın “Todays Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə təkbətək görüşü də planlaşdırılır.

Görüşdə Suriyadakı vəziyyət, İranın nüvə proqramı və Misirdəki hadisələr diqqət mərkəzində olacaq. Səfərin gündəliyinə regional və beynəlxalq məsələlərin müzakirəsi daxil edilib.

R. T. Ərdoğanı xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan müşayiət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR