Xilasedicilər paytaxtda intihara cəhdin qarşısını alıblar - FOTOSESSİYA - VİDEO

Xilasedicilər paytaxtda intihara cəhdin qarşısını alıblar - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 aprel 2014 23:59 (UTC +04:00)

APA-nın məlumatına görə, Nəsimi rayonunda, Cavad küçəsindəki 20 saylı binanın üçüncü mərtəbəsinin eyvanına çıxan kişi özünü atacağını bildirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

İlkin araşdırma nəticəsində məlum olub ki, intihara cəhd edən 1984-cü il təvəllüdlü Tağıyev Cavid Əjdər oğludur. Xilasedicilər onunla müvafiq söhbətlər aparıb və əlverişli şəraitdən istifadə edərək mənzilin eyvanının pəncərəsindən içəri daxil olub və intihara cəhdin qarşısını alıblar.

Cavid Tağıyev araşdırmaların aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

APA-nın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxsin psixi problemləri var. O, təxminən bir il əvvəl Lənkəranda ruhi əsəb xəstəlikləri dispanserində müalicə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR