Azərbaycan və Avropa İttifaqı Cənub Qaz Dəhlizi strategiyasının reallaşdırılması perspektivlərini müzakirə edib

Azərbaycan və Avropa İttifaqı Cənub Qaz Dəhlizi strategiyasının reallaşdırılması perspektivlərini müzakirə edib
# 15 may 2013 07:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Azərbaycanda missiyası yaxın zamanlarda başa çatacaq Avropa İttifaqının səfiri Roland Kobianı qəbul edib.

«APA-Economics»in ARDNŞ-a istinadən verdiyi məlumata görə, görüşdə R.Abdullayev səfirin fəaliyyətini yüksək qiymətləndirib, Avropa İttifaqı ilə Azərbaycanın, eləcə də ARDNŞ-ın münasibətlərinin daim yüksələn xətlə davam etdiyini bildirib.

R.Kobia Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib, təmsil etdiyi qurumun Azərbaycanla münasibətlərinin inkişafına köməklik göstərməyə hər zaman hazır olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğu qeyd edilib, Cənub Qaz Dəhlizi strategiyasının reallaşdırılması perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR