Sabah Vyanada İranla AEBA arasında növbəti nüvə müzakirələri keçiriləcək

Sabah Vyanada İranla AEBA arasında növbəti nüvə müzakirələri keçiriləcək
# 14 may 2013 08:00 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Mayın 15-də Avstriyanın paytaxtı Vyana şəhərində İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə müzakirələri keçiriləcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə “Röyters” agentliyinə açıqlamasında bildirib ki, çərşənbə günü keçiriləcək müzakirələrdə irəliləyişin əldə olunacağına ümid edir.

Qeyd edək ki, İranla AEBA arasında sonuncu nüvə müzakirələri bu ilin yanvar və fevral aylarında Tehranda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR