Yeni təyin olunmuş hakimlər ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər

Yeni təyin olunmuş hakimlər ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər
# 17 oktyabr 2013 14:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bir sıra məhkəmələrə hakim vəzifəsinə yeni təyin olunmuş şəxslər ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən nazir məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması, korrupsiyaya qarşı mübarizədə effektiv mexanizmlərin yaradılması, habelə haqlı narazılığa və digər neqativ hallara yol verən 70 hakimin səlahiyyətlərinə xitam verilməsinin məhkəmə sisteminin fəaliyyətinə müsbət təsir göstərdiyini bildirib.

Yeni təyin olunmuş hakimlərə məhkəmədə işin təşkili, vətəndaşlarla və məhkəmə aparatı işçiləri ilə münasibətlərin düzgün qurulması, habelə statistik hesabatların və təhlillərin aparılmasına dair müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR