Bakıda Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri arasında görüş keçirilib - FOTO

Bakıda Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 02 aprel 2014 12:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, ilk olaraq görüş təkbətək, daha sonra geniş formatda keçirilən görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, qarşılıqlı maraq kəsb edən məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.


Qeyd edək ki, Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb. Nümayəndə heyəti həmçinin Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR