Seyid Abbas Əraqçı: “Uranın zənginləşdirilməsi AEBA ilə deyil, “altılıq” ölkələri ilə müzakirə olunur”

Seyid Abbas Əraqçı: “Uranın zənginləşdirilməsi AEBA ilə deyil, “altılıq” ölkələri ilə müzakirə olunur”
# 01 noyabr 2013 10:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Uranın 20% həcmində zənginləşdirilməsi İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında müzakirə mövzusu deyil”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, uranın 3,5 və 20% həcmində zənginləşdirilməsi davam edir: “Hazırda İranla “altılıq” ölkələri arasında uranın 20% həcmində zənginləşdirilməsi ilə bağlı danışıqlar aparılır”.

A.Əraqçı bəzi nüvə obyektlərinin, xüsusilə “Fordo” nüvə obyektinin fəaliyyətini dayandırmasını tamamilə inkar edib: “İranla “altılıq” ölkələri arasında aparılan müzakirələrdə əməkdaşlıq çərçivəsində həyata keçirilən bəzi məsələlərdən başqa heç bir məsələ irəli sürülməyib. İranın “altılıq” ölkələrinə irəli sürdüyü təkliflərin təfərrüatı barədə medialarda yayılan informasiyalar düzgün deyil və bu şayiələr qərəzli xarakter daşıyır. “Altılıq” ölkələri indiyədək müzakirələrin təfərrüatını yayımlamamağa dair qərara sadiq qalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR